“Barselona”nın maestrosu Andres İnyesta ilə bağlı yayılan xəbərlər Katalon klubunun azarkeşlərini sevindirib. Futbolinfo.az xəbər verir ki, nəhayət ki, tərəflər uzun müddət davam edən danışıqlardan sonra aralarındakı müqavilə müddətini uzatmağa qərar verib.
Bu haqda klubun idman direktoru Andoni Zubizarreta xəbər yayıb: "Bəli. Tezliklə İnyesta ilə müqaviləni uzadacağıq. Razılığa gəlmişik. Bunun yeni ildən əvvəl reallaşacağını düşünürəm".
Qeyd edək ki, İsyesta mövsümün əvvəlində "katolon klubu"nun təklif etdiyi yeni müqavilənin şərtləri ilə razılaşmamış, bu isə transfer söz-söhbətlərinə yol açmışdı.





