Portuqaliya üçüncü liqasının oyununda ölüm hadisəsi baş verib. Futbolinfo.az xəbər verir ki, Koimbra şəhərində "Carapinheirense" ilə qarşılaşmada "Tourizense"də forma geyən gənc futbolçu Karlos Aleksandre Kaseyro Markes vəfat edib.
 
20 yaşlı futbolçunun oyunun 7-ci dəqiqəsində ürək tutmasından dünyasını dəyişdiyi haqda məlumat yayılıb.
 
Karyerasına "Portu"da başlayan Markes mövsümün əvvəlində "Tourizense" klubuna keçmişdi.
Shares: