İngiltərənin “Çelsi” klubu qış transfer pəncərəsində müdafiə xəttini gücləndirmək haqda düşünür. Futbolinfo.az xəbər verir ki, “zadəganlar” Almaniyanın “Volsburq” klubunun 21 yaşlı müdafiəçisi Rikardo Rodriqeslə yaxından maraqlanır.
 
Lakin Almaniya klubunun rəhbərliyi Rodriqesin satılmasının əleyhinədi: "Rodriqes mövsümə uğurlu başlayıb. Futbolçunun maraq dairəsinin artması bizim üçün də xoşdu. Amma onu satmağa hazırlaşmırıq".
 
Xatırladaq ki, isveçrəli müdafiəçi “Volsburq” forması altında 32 oyuna çıxıb və hələ ki, aktivində qol yoxdu.
Shares: