Fransa yığmasının yarımmüdafiəçisi Frank Riberi DÇ-2014-ə vəsiq almaq üçün şanslarını dəyərləndirib. Futbolinfo.az xəbər verir ki, o, Ukrayna ilə pley-off görüşündən öncə komandasının qələbə qazanacağına ümidli olduğunu söyləyib:
“Mən meydanda tək deyiləm. Komanda yoldaşlarıma güvənirəm. Biz bir yerdə səhvlərimizi düzəldə bilərik. Bircə onu dəqiq deyə bilərəm ki, bu oyunda qalib gəlmək üçün texniki səviyyəmiz kifayət edir. Azarkeşlərin köməyi ilə hər şey yaxşı olacaq”.
Xatırladaq ki, Ukraynada keçirilən ilk oyunda Fransa 2:0 hesabı ilə məğlub olmuşdu.





