"DÇ-2022"yə ev sahibliyi edəcək Qətərdə inşaat çalışmaları davam edir. Lakin işlər insanların həyatını hər an təhlükə altında qoyur. Futbolinfo.az xəbər verir ki, Beynəlxalq Əfv Təşkilatının (BƏT) apardığı araşdırmalar zamanı məlum olub ki, Qətərdə işləyən nepallı işçilər 45-50 dərəcə istinin altında hər gün 12 saat çalışırlar.
 
Bu azmış kimi çalışanların çoxuna alacağı maaş da verilmir. İşçilərin müxtəlif zədələr aldığı və gün keçdikcə Qətərdə ölü sayının artdığı bildirilir.
 
Təşkilatın baş katibi Salil Şetti FİFA-nın məsələ ilə bağlı daha diqqətli olmasını tələb edib.
Shares: