"Qalatasaray"ın futbolçuları Burak Yılmazla Albert Riera arasında insident yaşanıb. "Futbolinfo.az"ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Cim-Bom"un Türkiyə superliqasında "Fənərbaxça" ilə keçirdiyi matçdan bir gün öncə – noyabrın 10-da iki oyunçu arasında mübahisə düşüb.
Futbolçular əvvəlcə bir-birinə sərt ifadələr səsləndirib. Sonra mübahisə daha da böyüyüb və dava həddinə çatıb. Komandanın digər futbolçularının müdaxiləsi ilə hadisənin daha da böyüməsinin qarşısı alınıb. Burak və Riera hələ də küsülüdü.
Qeyd edək ki, 2012-ci ildə ispaniyalı difər komanda yoldaşı Melo ilə də dalaşmışdı.





