Hazırda "Çelsi"nin uğurları üçün tər tökən Oskar vaxtilə nəyə görə digər klubları yox, “zadəganlar”ı seçdiyinin səbələrini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, 2012-ci ilin yayında Madrid "Real"ından da təklif almasına baxmayaraq London klubuna keçən gənc oyunçu hadisələri belə yada salıb:
"Çelsi"yə transferimdən bir ay əvvəl Joze Mourinyonun məni "Real"da görmək istədiyini öyrəndim. Ancaq orada mənim mövqeyimdə bir çox futbolçu olduğundan premier-liqanı seçmək qərarına gəldim.
Mourinyo "Çelsi"nin baş məşqçisi vəzifəsinə gələndən sonra mənimlə xüsusi görüşdü. O, mənə çox güvənir. Hər zaman etimadını doğrultmağa çalışıram".





