İlqar Ələkbərov xiffət edir. “İnter”də son vaxtlar heyətə az-az düşməsinə görədi, yoxsa gənclər yığmasında ona etimad göstərilməməsi üzündən – bilmirik. Ancaq dəqiqdi ki, gənc yarımmüdafiəçi əməlli-başlı dərd çəkir.
 
Yəqin ki, yığmayla bağlı olar. Axı, bu şəkli millinin geyimində olarkən çəkdirib. Özu də Makedoniya ilə səfər oyunundan sonra. Qəmli-qəmli oturub dərd çəkir… Hələ deyəsən, həm də siqaret çəkir… Tüstüdən, gözlərinin xumarlanmasından görünür ki, xarıcdən alıb, lüks maldı. 20 yaşında lüks klubda oynamasa da, lüks futbolçu olmasa da, heç olmasa lüks həyat tərzi keçirir.
 
Qəmin kəm, İlqar!
Shares: