"Neftçi" klubunun baş məşqçisi Nazim Süleymanovun futbolinfo.az saytına müsahibəsi
– Qarşıda "İnter"lə oyun var. Bu matça hazırlıq necə gedir?
– Bütün oyunlara necə hazırlaşırıqsa, bu matça da elə.
– Bütün oyunlara necə hazırlaşırıqsa, bu matça da elə.
– Komandada zədəli və ya cəzalı futbolçular varmı?
– Bəli, zədəli futbolçularımız var. Amma bu, kiçik zədələrdi. Onlar da həkim nəzarəti altındadılar.
– Karlos Kordoso və Denis Silva da zədəli idilər. İndiki durumları necədi?
– Onlar komanda ilə birlikdə məşq edirlər. Növbəti oyuna yetişib-yetişməyəcəklərini zaman göstərəcək. Həkim nəzarəti altındadılar. Hələ vaxt var.
– "Neftçi"yə gəldiyiniz gündən bəri komandada nə dəyişib?
– Nə dəyişib desəm, bu, etik normalardan kənar olar. Hər bir məşqçinin öz metodu var. Mən də hazırda komandaya öz metodumu tətbiq etməyə çalışıram.
– İndiki heyəti sizdən əvvəlki məşqçilər qurub. Amma bu komanda hazırda iki liderdən biridi. Necə düşünürsüz, bu heyətlə komanda qarşıya qoyulan hədəflərə çata biləcək?
– "Neftçi" ardıcıl 3 dəfə çempion olan və avrokuboklara vəsqiə qazanan komandadı. O heyətdən cəmi iki futboçu yoxdu. Düzdü, bu heyəti mən qurmamışam. Neçənci olacağımızı zaman göstərəcək.
– Qış transfer dönəmində kimləri göndərəcəyinizi, hansı mövqelərə futbolçu alacağınızı müəyyənləşdirmisiz?
– Xeyr, hələ müəyyənləşdirməmişəm.
– Belə çıxır ki, bu heyət sizi qane edir?
– Mən hələ təzə gəlmişəm və komandanı cəmi üç oyuna çıxarmışam. Hələ bütün futboçulara şans verməmişəm deyə, bu barədə dəqiq bir söz deyə bilmirəm.
– Amma Melvin Platyenin komandadan gedəcəyi ilə bağlı söz-söhbət gəzir.
– Mən bunu sizdən eşidirəm.
– Hər halda, od olmayan yerdən tüstü çıxmaz…
– Yenə deyirəm, mənim xəbərim yoxdu.
– Əvvəlki məşqçilər korpusundan Kamal Quliyevin yenidən "Neftçi"yə qaytarılması sizin istəyinizlə olub, yoxsa rəhbərliyin?
– Bu haqda xəbərim yoxdu. Mətbuatdan oxuyuram yalnız.
– Bu haqda xəbərim yoxdu. Mətbuatdan oxuyuram yalnız.
– Amma Kamal Quliyev özü də bu xəbəri təsdiqləyib…
– Mən bildiyimə görə o, aşağı yaş qrupuna məşqçi gəlir. Kimin gələcəyi və ya gedəcəyi dekabrda bilinəcək.
– Etibarli mənbədən aldığımız məlumata görə, Bəxtiyar Musayev rəsmən klubda işə qaytarılmasa da, qış transferləri ona həvalə olunub.
– Bütün bu xəbərləri mən sizdən eşidirəm. Siz elə bil klubda işləyirsiz.
– İlk mətbuat konfransınız zamanı demişdiniz ki, Böyükağa Hacıyevin sizin işinizə müdaxilə edib-etməyəcəyini zaman göstərəcək. Bu vaxt ərzində hər hansı bir müdaxilə olubmu?
– Xeyr. O mənim işlərimə qarışmır.
– Yəni, hələ ki, qarışmayıb?
– Niyə hələ ki? Ümumiyyətlə, qarışmır.
– Bu mövsüm "Neftçi"yə əsas rəqib kimi görürsüz?
– Bilirsiz ki, çempionatın reqlamenti dəyişib deyə, bütün komandalar bir-birinə əsas rəqibdilər. Burada bir-iki komandanı ayıra bilmərəm.
KƏMALƏ İSMAYILOVA





