Kot d`İvuar yığmasının hücumçusu Didye Droqba gələn il Braziliyada keçiriləcək dünya çempionatı haqda danışıb. Futbolinfo.az xəbər verir ki, "Qalatasaray"ın formasını tərlədən forvard DÇ-2014-də fərqli bir şəkildə yadda qalmaq istədiyini bildirib:
“Ardıcıl olaraq 3-cü dəfə dünya çempionatına vəsiqə qazandıq. Bu, balaca bir ölkə üçün çox böyük bir nəticə idi. Ölkəmin bu uğurunda iştirak etdiyim üçün fəxr edirəm. Biz DÇ-2014-də fərqli bir şəkildə yadda qalmaq istəyirik. Geridə qalan iki turnir çox çətin idi. Güman edirəm ki, bu dəfə bizim bəxtimiz daha çox gətirəcək, heç olmasa qrupdan çıxa biləcəyik".





