"Milan"ın növbəti transfer hədəfi bəlli olub. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" "Tottenhem"in müdafiəçisi Yunes Kabulla maraqlanır.
27 yaşlı futbolçunun "mahmızlar”la müqaviləsi 2014-cü ilin yayında bitir. Bu səbəbdən də "Milan" Kabulu kiçik vəsait qarşılığında yanvarda heyətinə qata bilər. Bu mövsümdə Kabul İngiltərə premier-liqasında cəmi 2 oyunda meydana çıxıb.
ƏIavə edək ki, keçid baş tutarsa, yanvardan etibarən "Milan"ın heyətində fransız müdafiəçilərin sayı üçə çatacaq. Bir müddətdi komandada çıxış edən Filipp Mekseslə yanaşı, "Valensiya"lı Adil Rami də yanvarda "Milan"a qoşulacaq.





