“Yuventus”un əsas qapıçısı Canluici Buffon İtaliyanın digər güclü klubu “İnter”lə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, “Tuttosport”a danışan 35 yaşlı qolkiper Milan təmsilçisinin çempionatın favoritlərindən olduğunu deyib.
Buffon indoneziyalı iş adamı Ertik Tohirin klubu satın almasının bunda həlledici factor olduğunu qeyd edib: “Tohirin gəlişi “İnter” üçün önəmli addım oldu. Xarici kapitalın yavaş-yavaş İtaliyaya daxil olduğunu müşahidə edirik. Məncə, onlar bu addımla çempionluğun ən böyük namizədlərindən biri oldular”.
Qeyd edək ki, “Yuventus” hazırda 31 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşır. İnter” isə 25 xalla 4-cü pillədədi.





