DÇ-2014-ə vəsiqə qazanan daha iki komandanın adı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, mundialın növbəti iki iştirakçısı Afrika təmsilçisi olub.
 
Qana yığması Misirin qonağı olub. İlk oyunda 6:1 hesablı qələbə qazanan qanalılar bu dəfə məğlubiyyətlə barışıb – 1:2. Buna baxmayaraq, Qana dünya çempionatına vəsiqə əldə edib.
 
Digər vəsiqəyə isə Əlcəzair sahib çıxıb. Bu komanda ilk oyunda 2:3 hesabı ilə yenildiyi Burkina Fasonu 1:0 hesabı ilə udaraq Braziliyaya bilet sifariş edib.
 
Qeyd edək ki, bundan əvvəl Afrikadan Kamerun, Kot`D-İvuar və Nigeriya dünya çempionatına vəsiqə qazanmışdı.
Shares: