"Bakı" futbol klubunun və milli komandanın yarımmüdafiəçisi Əfran İsmayılov yığmanın yoldaşlıq görüşləri çərçivəsində Estoniya və Qırğızıstan ilə qarşılaşmalarını dəyərləndirib. Futbolinfo.az saytına açıqlama verən Əfran İsmayılov yığma komandanın 2013-cü ildə çıxışı haqda da danışıb.
"Estoniya millisi ilə oyunumuz çox ağır keçdi. Estoniyanın zəif olduğunu düşünənlər səhf edirlər. Mən oyuna tam baxa bilmədim. Ancaq komanda yoldaşlarımın dediyinə görə 2-ci hissədə oyunumuz alınmadı. Uşaqlar yaxşı nəticə əldə etmək üçün bütün güclərini sərf etdilər. Qızğısıtan ilə qarşılaşmaya baxa bilmədik. Ancaq komanda yoldaşlarımın dediyinə görə, stadionun ot örtüyü çox bərbad halda olub. Bu da əlimizə düşən şanslardan istifadə edə bilməyimizə mane oldu. Hamı elə bilirdi Qırğızıstan millisinə 4 qol vuracağıq. Ancaq bu, futboldu. Futbolda belə hadisələr çox olur. Futbolun bu qanunları ilə razılaşmaq lazımdı. Futbolçuları da qınamaq lazım deyil. Ancaq qalib gəlsəydik, daha yaxşı olardı".
"Milli komandanın builki çıxışını uğurlu dəyərləndirirəm. Bu il ilk dəfə 9 xal qazandıq. Ancaq 13-15 xal da qazana bilərdik. Luksemburq ilə heç-heçə etməsəydik, Şimali İrlandiya ilə oyunda sonuncu dəqiqədə qol buraxmasaydıq, daha çox xal qazana bilərdik. Əvvəlki illərə nisbətən indi komandada irəliləyiş hiss olunur".





