Azərbaycan klublarının avrokuboklardakı uğursuzluğunun, yığmamızın qırğızları belə yenə bilməməsinin çox səbəbi var. Lütfən, heç kim AFFA və klub rəhbərlərini futbolçulara qayğı göstərməmkdə qınamasın. Bu ölkədə ən lazımsız futbolçu belə ayda həkimin, müəllimin, mühəndisin il ərzində qazandığından çox pul görür.
Ancaq onların buna layiq olub-olmadığı müzakirə mövzusudu. Yəqin layiq olduqlarından artıq pul olmalarının nəticəsidi ki, onlar bu pulları xərcləyəndə başını itirir.
Təqdim etdiyimiz fotosessiyada bunun bir daha şahidi ola bilərsiz. Bəzilərinə pul o qədər artıqlıq edir ki, peşələrini unudub özlərinə hər cür əyləncəni rəva bilirlər.
Heç kim xaricdə futbolçuların pivə içməsini, siqaret çəkməsini gözümüzə soxmasın. Belə şeyləri yalnız Mario Balotelli kimi ərköyünlər özünə rəva bilər. Siqaret, qəlyan həqiqətən ziyanlı deyilsə, bunu aşkarda edin. Bir də bu mərəzlərin “xeyri” haqda həkim məsləhətini oxuduqdan sonra bir daha düşünün.





