"Qarabağ" qış “transfer pəncərəsi”ndə heyəti gücləndirməyi planlaşdırır. Futbolinfo.az xəbər verir ki, brazilyalı futbolçuların komandaya çox xeyir verdiyinin şahidi olan Qurban Qurbanov indi də  "Volfsburq" klubuna məxsus olan, lakin icarə əsasında "Ştutqart" da oynayan Felipe Lopesi diqqət mərkəzində saxlayır.
 
Belçikanın "Anderlext", Portuqaliyanın "Nasional" kimi klublarında çıxış etmiş 26 yaşlı  müdafiəçi  futbolçu  həyatına Brazilyanın "Quarani" klubunda başlayıb. Ağdamlılar qış transfer dönəminin  başlamasını  gözləyir. Bu transferin reallaşması real görünür. "Qarabağ"ın  Almaniya futbol bazarına üz tutması heç də təsadüfü deyil. Vaxtilə Miro Varvodiçi də məhz "Köln"dən transfer edən ağdamlılar yenidən bundesliqada “ovdadı”.
 
Əldə etdiyimiz bilgiyə görə, dünən bu transferlə bağlı “Qarabağ”ın rəsmilərindən biri artıq Almaniyaya yollanıb.
Shares: