Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsoru olduğu “Atletiko” (Madrid) klubu 2013/14 mövsümü üçün UEFA-nın reytinqində birinci pilləyə yüksəlib. Futbolinfo.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi dörd oyunun hamısında qalib gələn paytaxt təmsilçisi 13 min 857 əmsalla liderlik mövqeyini qoruyur.
 
Formasında "Land of fire Azerbaijan" sözlərini reklam edən “Atletiko”dan sonra müvafiq olaraq “Bavariya”, “Real” (Madrid) və “Barselona” qərarlaşıb.
 
Qeyd edək ki, siyahı bu mövsüm avrokuboklarda iştirak edən komandaların qitə miqyaslı turnirlərdə göstərdikləri nəticələrə əsasən, tərtib olunub.
Shares: