Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Təbii ki, Madrid təmsilçisinini rəhbərliyi “Arsenal”dan gələn 30 milyon avroluq təklifi qəbul etsə.
Futbolinfo.az xəbər verir ki, qış fasiləsi yaxınlaşdığından “topçular” türkiyəli ilə yenidən maraqlanmağa başlayıb.
26 yaşlı futbolçunun daha öncə Premyer Liqada oynamaq istəyi ilə bağlı verdiyi açıqlama da "Arsenal"ı bu işdə həvəsləndirir.
Qeyd edək ki, futbolçunun müqaviləsindəki təzminat qiyməti 41 milyon avrodu.





