Dortmund "Borussiya"sı qış transfer pəncərəsi açılmadan heyətini gücləndirməyə qərar verib. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Yurgen Klopp Neven Subotiç və Mats Hummelsin zədələnməsindən sonra məcburi olaraq müdafiəçi almalı olduqlarını rəhbərliyə bildirib.
Dortmundun transfer komitəsi də öz növbəsində təcili axtarışlara başlayıb. Rəsmilərin təcili axtarışı bəhrəsini verib. Belə ki, “sarı-qaralar” mövsümün əvvəlində "Bayer"dən ayrılan və azad agent statusunda olan Manuel Fridrixlə razılığa gəlib. Stopper “Borussiya”dan gələn təklifi dərhal qəbul edib və təcili müqavilə imzalanıb.
34 yaşlı mərkəz müdafiəçisi mövsümün sonuna qədər Dortmund klubunda forma geyəcək.





