"Bavariya" bundesliqada "Borussiya" (Dortmund) ilə matçöncəsi ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, “pivəçilər”in rəsmi saytından verilən məlumata görə, komandanın aparıcı üzvü Frank Riberinin millinin düşərgəsindən zədəli halda qayıdıb.
Fransanın Ukrayna ilə keçirdiyi pley-off oyununda yarımmüdafiəçinin qabırğası zədələnib. Odur ki, Frank bu vacib qarşılaşmada forma geyməcək. əhbərlik bu halın “Qızıl Top” səsverməsində əsas namizədlərdən olan Riberinin əleyhinə işləyəcəyini nəzərə alaraq zədənin nə qədər ciddi olduğunu hələ ki, anonym saxlayır.
Qeyd edək ki, "Borussiya" – "Bavariya" matçı noyabrın 23-də baş tutacaq.





