"Sumqayıt"ın şərəfini qoruyan Vüqar Əsgərov komandadan ayrılıb. Futbolinfo.az saytına açıqlamasında bu barədə futbolçu özü məlumat verib.
Əsgərov artıq Sumqayıt təmsilçisinin heyətində oynamaq istəmədiyini bildirib: "Sumqayıt"dan ayrılıram. Bundan başqa bu mövzuda heç nə demək istəmirəm. Transfer vərəqəm hələ də klubdadı".
Klubun mətbuat xidmətindən verilən məlumatda da bu xəbər təsdiqlənib: "Bəli, Vüqarla belə danışıq olub. Komandadan ayrılacaq. Amma indi yox, qışda. Çünki futbolçunun bizimlə müqaviləsi var. Qışa qədər bizim komandada qalacaq. Lakin oyunlarda bizə kömək edə bilməyəcək. Buna səbəb isə Əsgərovun zədəli olmasıdı və zədə səbəbindən bir ay meydana çıxa bilməyəcək".





