Fransanın PSJ klubu növbəti transfer hədəfini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, Paris təmsilçisi "Yuventus"un futbolçusu Pol Poqbanı heyətinə qatmaq istəyir.
 
Fransızlar 20 yaşlı yarımmüdafiəçinin transferi üçün 60 milyon avro təklif etməyi düşünür.
 
"Yuventus"la 2016-cı ilədək müqaviləsi olan Poqba ilə Madridin "Real" klubu da yaxından maraqlanır. Fransa millisinin üzvünün qışda hansı qərarı verəcəyi böyük maraq doğurur.
 
Qeyd edək ki, Poqba bu mövsüm keçirdiyi 16 oyunda 4 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Shares: