"Barselona"nın lideri Lionel Messi əzəli rəqibləri "Real"a liderlik edən Kriştianu Ronaldo haqda müsbət fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, argentinalı ulduz bunları söyləyib:
"Ronaldonun futbolçu kayerasının zirvəsində olub-olmadığını bilmirəm. Amma hər matçda qol vurur. Həm "Real"da, həm də milliyə böyük kömək olur. Bunu uzun illərdi ki, bacarır. Buna görə də onun karyerasının zirvəsində və ya bir az aşağasında olması fərq etmir".





