Milli komandaların toplanışlarından sonra Avropanın milli çempionatlarında 2013/14 mövsümü qaldığı yerdən davam edir. Futbolinfo.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, indiyədək 10 komanda çıxdığı heç bir matçda məğlub olmayıb.
 
Almaniyanın "Bavariya" klubu 12 və Portuqaliya "Portu"su isə cari mövsüm keçirdiyi 9 liqa matçında məğlubiyyət üzü görməyib. Mövsümə yeni baş məşqçi ilə başlayan "Barselona" mövsümün 13 matçından 11-ini qazanıb, 2-də heç-heçə oynayıb. İtaliya "Roma"sı da uduzmayan komandalardan biridi. Keçirdiyi 12 matçdan 10-nu qazanan paytaxt təmsilçisi ilə yanaşı, Fransa PSJ-si də mövsümün 13 matçından 9-nu qazanıb, 4-də meydandan 1 xalla ayrılıb.
 
Bu komandalarla yanaşı, Çexiya "Sparta"sı, Yunanıstan "Olimpiakosu", Rumıniya "Styaua"sı, Şotlandiya "Seltik"i və Malta "Hibernians"ı cari mövsümdə uduzmayıb.
Shares: