"Barselona"nın müdafiəçisi Xerard Pike əzəli rəqibləri "Real" (Madrid) klubunun hücumçusu Kriştianu Ronaldo haqda müsbət fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, ispaniyalı Ronaldoya heyran olduğunu bildirib:
"Ronaldoya heyranam. Çünki o həm oyunçu, həm də insan kimi hər kəsə örnəkdi. Ronaldonun bu çıxışı Messinin də yenidən yaşıl meydanlara qayıtmasına kömək edəcək. Messi-Ronaldo müqayisəsi onları daya yaxşı vəziyyətə gətirdi".





