İspaniyanın "Real" (Madrid) klubunun sabiq futbolçusu Luiş Fiqu komandanın idarə heyətində yer alacağına dair yayılan xəbərlərə aydınlıq gətirib. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı bunun mümkünsüz olduğunu bildirib.
Fiqu bunu “Real”da çıxış etdiyi dövrdə və hazırki prezident Florentina Pereslə arasında olan ədavətlə əlaqələndirib: "Real"a qayıtmaq? Hazırda bu mümkünsüz görünür. Mən təklif olunan hər şeylə razılaşan biri deyiləm. Əgər kiminsə öz fikri var və qarşısındakını dinləmək istəmirsə, o zaman mübahisə qaçılmaz olur. Əminəm ki, "Real"da çıxış etdiyim dövrlərdə məhz Peresə görə ehtiyatda qalırdım. Peres bunu dəfələrlə inkar etsə də, əminəm ki, bu onun ideyası olub".





