Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Rəvan” oyununa “aslanlar” xüsusi hazırlaşırlar. Bu barədə futbolinfo.az saytına açıqlamasında komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib.
“Bilirsiz ki, "Qarabağ” fərqli taktika ilə oynayır. Buna görə, onlarla oyuna xüsusi hazırlaşırıq. Çempionatın liderlərindən olan komandaya qarşı oynayacağıq. Əlbəttə, ağır oyun olacaq. Ancaq bütün qüvvəmizlə çalışacağıq. Bildiyiniz kimi, heyətdə bəzi problemlərimiz var. Zədə səbəbindən Kristian Torres ilə Mişel Balokoq “Qarabağ”la oyunu buraxmalı olacaqlar. Onların yoxluğunda yarımmüdafiə xəttində biraz problemlərimiz olacaq”.





