Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Bakı”ya 0:3 hesablı məğlubiyyətdən sonra istefa verən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşakın boşaltdığı postu kimin tutacağı hələ də bilinmir. Futbolinfo.az xəbər verir ki, hazırda bu posta bir neçə namizədin adı çəkilir.
“Ağ-yaşıllar”ın son oyununu stadiondan izləyən Oğuz Çətinin də adı bu məşqçilər siyahısındadı. Lakin “Cihan” xəbər agentliyi iddia edir ki, bölgə təmsilçisini Çətin yox, Mustafa Dənizli çalışdıra bilər.





