Türkiyəli hakim Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli referi Çempionlar Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçiriləcək "Seltik" – "Milan" matçını idarə edəcək.
Çakıra Bahattin Duran ve Tarık Ongun kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi Mustafa Emre Eyisoy olacaq. Hüseyin Göçek və Barış Şimşek isə əlavə yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.
Xatırladaq ki, “Seltik" – "Milan" matçı sabah Qlazqoda keçiriləcək.





