“Bursaspor”un yarımmüdafiəçisi Kazım Kazım haqqında İngiltərə məhkəməsi cəza tətbiq edə bilər. Futbolinfo.az xəbər verir ki, oyunçunun “Blekbern” klubunda çıxış etdiyi vaxtlarda etdiyi hərəkət ona baha başa gələcək.
 
Belə ki, Kazım “Brayton”la səfər matçında stadiondakı “mavi”ləri təhqir edib. Bundan sonra “zərərçəkənlər” Kazımı məhkəməyə veriblər. Türkiyə millisinin sabiq üzvü yanvarda hakim qarşısına çıxacaq.
 
Qeyd edək ki, Kazım ötən mövsüm icarə əsasında “Blekbern”də çıxış etmişdi.
Shares: