Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari iddialı açıqlamaları ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ev sahibliyi edəcəkləri DÇ-2014-də heç bir rəqibdən çəkinmədiklərini bildirib:
"Mən püşkün nəticəsinə təsir göstərə bilmərəm. Bizə daha güclü rəqiblər düşə bilər. Ancaq bu püşkdür, istənilən rəqibə qarşı oyuna hazır olmalıyıq. İnanıram ki, komandam istənilən rəqiblə bacaracaq. Finala çıxmaq üçün turnirin ilk oyunundan mübarizə aparmalıyıq".
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyada atılacaq.





