"Rəvan"ın qapıçısı Lukaş Sapelanın futbolinfo.az saytına müsahibəsi
– Öncə 14-cü tur çərçivəsində qarşılaşdığınız "Qarabağ"la oyun haqda fikirlərinizi bilmək istərdik…
– "Qarabağ" çempionatın ən yaxşı komandasıdı. Yaxşı maliyyə dəstəyi və taktikaya malikdilər. Kifayət qədər formalaşmış, bir-biri ilə yaxşı anlaşan futbolçuları var. Bizdə isə heyət yenidi. Rəqibdən 1 xal almağımız yaxşı nəticədi.
– Bu mövsüm komanda autsayderlər sırasındadı. Bu uğursuzluğa səbəb nədi?
– Bu sualı baş məşqçiyə və ya klub rəhbərliyinə versəz, daha yaxşı olardı. Mən futbolçuyam. Bu barədə nəsə deməyim düzgün olmaz.
– Şahin Diniyevin komandaya gəlişindən sonra nə dəyişib?
– Diniyevin nəyisə dəyişməsi üçün əlində yaxşı heyət olmalıdı. Söhbət 5-6 yaxşı futbolçudan getmir. Rəqabət olması üçün hər mövqedə 2-3 yaxşı futbolçu olmalıdı. Diniyev futbol adamıdı, həm də yaxşı psixoloqdu. Sadəcə, ona vaxt vermək lazımdı. Əvvəlki məşqçinin dönəmində çox qol buraxırdıq. İndi vəziyyət bir qədər yaxşılaşıb. Daha yaxşı oynamağa, nəticələr qazanmağa çalışırıq.
– Ümumiyyətlə, bu məşqçi dəyişikliyi komandaya özünə gəlməkdə kömək edəcək?
– Bu suala may ayına qədər göstərəcəyimiz oyun və nəticəmiz cavab olacaq. Şəxsən mən və komanda yoldaşlarım buna inanırıq.
– Bildiyimizə görə, komandanı tərk etmək istəyirsiz. Artıq özünüzə yeni komanda tapmısız?
– May ayına qədər klubla müqaviləm var. Əgər digər klublardan təklif gəlsə, mənə uyğun variantı seçib qala bilərəm. Çunki Azərbaycan çempionatı ildən-ilə daha maraqlı olur.
– Komandanın uğursuzluqlarında özünüzü günahkar hiss edirsizmi?
– Xeyr. Qətiyyən!
– Qorxmursuz ki, elitanı tərk edən klub məhz "Rəvan" olsun?
– Xeyr, qorxmuruq. Fikrimcə, hər oyuna ən azı 1 xal yığsaq, çempionatın axrına kimi durumumuz yaxşı olacaq.
– Çempionatda favorit kimi görürsüz?
– "Qarabağ", "Neftçi", "İnter" və "Qəbələ"ni. Fikrimcə, çempionluq uğrunda məhz bu dörd komanda mübarizə aparacaq.
KƏMALƏ İSMAYILOVA





