Futbol üzrə Almaniya Regional Liqasında 17-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası səfərdə “Hamburq”la qarşılaşıb.
Futbolumuzun komandası çətin səfərdə 0:2 hesabı ilə məğlub olub. Dadaşov bu oyunda meydana çıxmayıb.
“Kayzerslautern” 17 oyundan 26 xal toplayıb və 8-ci sırada qərarlaşıb.





