Həvəskarlar arasında Azərbaycan birinciliyində hakimlər döyülüb. Futbolinfo.az xəbər verir ki, hadisə “Adığün” – “Neftçala” matçında baş verib.
Belə ki, oyun başa çatdıqdan sonra “Adığün”ün futbolçusu Bəxtiyar Bayraqdarov hakimlərə fiziki təsir göstərib. Bu səbəbdən onun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub.
U-19 liqasının AZAL – “Qəbələ” matçının 76-cı dəqiqəsində isə “Qəbələ”nin futbolçusu Yusif Nəbiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, qarşıdakı 4 oyunda meydanda olmayacaq.





