"Sumqayıt" klubu yarımmüdafiəçi Pərdis Fərcad-Azadı cərimələyib. Futbolinfo.az xəbər verir ki, buna səbəb Tallində Estoniya yığmasına qarşı keçirilmiş oyun (1:2) ərəfəsində Azərbaycan Respublikasının Dövlət Himni səslənən zaman Pərdisin saqqız çeynəməsi olub.
Lakin bu, o, bu hərəkətinə görə cəzasız qalmayıb. Saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov onun yığmanın düşərgəsindən qayıdan kimi cəzalandığını bildirib:
"Pərdis saqqız çeynədiyini təsdiq edib və klub tərəfindən cəzalandırılıb. Məncə, bu söhbəti uzatmağın mənası yoxdu. Pərdis həyəcanlı olduğunu bildirib. Düzdü, səhv edib və bu səhvə görə də artıq cərimə olunub".





