"Xəzər Lənkəran"ın yay transfer pəncərəsində heyətinə qatdığı Duqlas Leyte komandadan ayrılacaq. Futbolinfo.az xəbər verir ki, "Quaran"iyə getməyi planlaşdıran Leyte bu barədə özü mətbuata açıqlama verib.
Braziliyalı futbolçu vətəninə dönəcəyini bildirib: "Quarani"yə qayıdacağım üçün sevinirəm. Klub prezidenti ilə söhbətimiz olub. Biz bir yerdə komandanı yuxarı dəstəyə qaldıracağıq".
Qeyd edək ki, "Quarani" cari mövsümdə Braziliyanın C Seriyasında mübarizə aparır.





