Xəbər verdiyimiz kimi, Türkiyənin "Beşiktaş" klubu qış transfer pəncərəsində brazilyalı ulduz futbolçu Ronaldinyo ilə heyətini gücləndirmək istəyir. Lakin futbolinfo.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi qardaş ölkə təmsilçisinə gəlmək haqda düşünmür.
Ulduz futbolçu bu məsələ ilə bağlı fikirlərini yaxın dostu olan "Sivasspor"un baş məşqçisi Roberto Karlosla bölüşüb. Belə ki, Karlos Ronaldinyoya zəng edərək bu transferlə bağlı fikirlərini soruşub. Ronaldinyo isə ona gülərək cavab verib: "Kimlərsə bu məsələ ilə bağlı atamı tez-tez narahat edir. Burada çox xoşbəxtəm. Hazırda klubumu tərk etmək fikrində deyiləm", deyərək "Beşiktaş"ın təklifindən imtina edib.
Qeyd edək ki, Ronaldinyonun çıxış etdiyi "Atletiko Mineyro" komandası hazırda Braziliya çempionatında 55 xalla 6-cı pillədə qərarlaşıb.





