Bugünlərdə ali futbol qrumumuz olan AFFA-nın rəsmi saytına daxil olarkən qəribə bir faktla rastlaşdıq. Belə ki, AFFA-nın üzvləri bölməsində hazırda "ölü" klublar siyahısında olan "Standard", "Muğan" və "Turan" kimi klublara da rast gəldik.
Bu məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun fikirlərini öyrəndik. Qurum rəsmisi futbolinfo.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirdi:
"AFFA-nın 4 üzvü var. Bunlar Peşəkar Futbol Liqası, Regional Futbol Federasiyaları, Sahə Futbol Federasiyaları və İctimai birliklərdi. "Rəvan"la "Sumqayıt"ın adları Peşəkar Futbol Liqasının üzvləri olduqları üçün orada qeyd olunmayıb. Fəaliyyətini dayandırdıqları söylənilən kubların isə uşaq futbol məktəbləri olduqları üçün həmin klubların üzvlüklərini hələ də saxlayırıq. Bu günə qədər deyirdilər ki, "MKT-Araz" komandası yoxdu. Ancaq, onların uşaq futbol məktəbləri olduğu üçün hələ də oynayırlar. Yəni, "Standard", "Muğan" və "Turan" kimi klubların adlarının həmin siyahıda göstərilməsi təsadüfi deyil".
Sonda AFFA-nın rəsmi saytında bu qurumun üzvləri barədə məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:
I. Peşəkar Futbol Liqası:
1. «Neftçi»
2. «Turan»
3. «Qarabağ»
4. «Bakı»
5. «İnter»
6. «Qəbələ»
7. «Muğan»
8. «Standard»
9. «Karvan»
10. «Xəzər Lənkəran»
11. AZAL
12. «Simurq»
II. Regional Futbol Federasiyaları:
1. Şimal Regional Futbol Federasiyası
2. Qərb Regional Futbol Federasiyası
3. Mərkəz Regional Futbol Federasiyası
4. Naxçıvan Regional Futbol Federasiyası
5. Qarabağ Regional Futbol Federasiyası
6. Bakı Regional Futbol Federasiyası
7. Cənub Regional Futbol Federasiyası
8. Şimal-Qərb Regional Futbol Federasiyası
9. Gəncə Futbol Federasiyası
III. Sahə Futbol Federasiyaları:
1. Futzal Federasiyası
2. Uşaq və Gənclər Futbol Federasiyası
3. Həvəskar Futbol Federasiyası
4. Çimərlik Futbol Federasiyası
5. Əlillər Futbol Federasiyası
IV. İctimai birliklər
1. Azərbaycan futbolçuları Birliyi
2. Futbolsevərlər Birliyi
3. Futbol hakimləri Birliyi
4. Futbol məşqçiləri Birliyi
5. Futbol veteranları İttifaqı





