Azərbaycanlı FİFA referisi Əliyar Ağayev gənclər arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edib. Futbolinfo.az xəbər verir ki, o, ÇSKA (Moskva, Rusiya) – “Bavariya” (Almaniya) görüşündə ədaləti qoruyub.
Sözügedən oyun münhenlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağayev oyunda üçü meydan sahiblərinə, dördü qonaqlara olmaqla, yeddi sarı vərəqə göstərib.





