Fransanın "Lill" klubunun qapıçısı Vinsent Enyama yeni dünya rekordu müəyyənləşdirməyə çox yaxındı. Futbolinfo.az xəbər verir ki, nigeriyalı qolkiper 9 matçdı ki, qol buraxmır.
 
İndiyə kimi 855 dəqiqə qapısına toxunulmaz saxlayan Enyeama daha 4 qarşılaşmada qol buraxmayacağı təqdirdə, dünyada qapısını ardıcıl şəkildə ən çox toxunulmaz saxlamış qolkiper olacaq.
 
Qeyd edək ki, bu sahədə rekord 1992/1993 mövsümündə "Bordo"da forma geyən Qaytan Harda (1176 dəqiqə) məxsusdu.
Shares: