“Betis”in yarımmüdafiəçisi Alvaro Vadilyo “Arsenal”a keçməyə yaxındı. Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Artıq tərəflər arasında razılıq əldə olunduğu bildirilir. Xəbərə görə, transferin qiyməti 20 milyon avro təşkil edib.
Qeyd edək ki, 19 yaşlı Vadilyo cari mövsümdə “Betis”lə 14 oyuna çıxıb.





