“Fənərbaxça”nın məşqi zamanı baş məşqçi Ərsun Yanal müdafiə xəttinin dayaqlarından sayılan Egemen Korkmazı məşqdən qovub. Futbolinfo.az xəbər verir ki, istədiyini edə bilmədiyi üçün Egemenə bir neçə dəfə xəbərdarlıq edən Yanalın əsəbləri tarıma çəkilib.
 
Nəticədə baş məşqçi futbolçudan məşq sahəsini tərk etməsini istəyib. Müdafiəçi paltardəyişmə otağına yollanarkən, çalışdırıcıya “yanlış edirsən” deyib.
 
Qeyd edək ki, Yanal daha öncə Musa Sou və Kristian BAronini də eyni səbəbdən heyətdən kənarlaşdırmışdı.
Shares: