İngiltərənin “Viqan” klubu baş məşqçi Ouen Koylla yollarını ayırıb. Bazar günü komandanın “Derbi”yə 1:3 hesabı ilə uduzmasından sonra bu qərar verilib. Futbolinfo.az xəbər verir ki, bu artıq komandanın cari mövsüm 3-cü ev oyununda məğlubiyyəti olub. Hazırda çempionşipdə 14-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, ötən mövsüm premier-liqadan çempionçipə düçməsinə baxmayaraq, Federasiya kubokunun qalibi olan komanda Avroliqaya vəsiqə qazanmışdı. Hansı ki, onlar indi millimizin üzvü Ruslan Abışovun formasını geydiyi “Rubin”lə eyni qrupda mübarizə aparır.





