"Portu"nun məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Futbolinfo.az xəbər verir ki, 54 oyundu ki, Portuqaliya çempionatında yenilməyən komanda Liqa Saqresin son turunda "Akademika"ya boyun əyib.
 
Sözügedən matçda "Akademika"nın qonağı olan "Portu" meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Bununla da həm qonaq komanda 43 ildən sonra bu rəqibə uduzub, həm də milli çempionatdakı 54 oyunluq məğlubedilməzlik seriyası qırılıb.
Shares: