Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin növbəti iclası keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın adıçəkilən komitəsinin üzvü Elnur Məmmədov tədbirdə iştirak edəcək.





