Allahverdiyevlər ailəsinin daha bir üzvü "Kəpəz"ə cəlb olunub. Futbolinfo.az xəbər verir ki, klub prezidenti Mehman Allahverdiyevin qardaşı oğlu Rəhman bir müddət öncə əsas komandaya dəvət olunub.
Amma bu, əmisinin hesabına olmayıb. Belə ki, mövsümün əvvəlində futbolçu klubun 17 yaşlılardan ibarət komandasında çıxış etsə də, oyunu və fiziki göstəriciləri ilə həmyaşıdlarından fərqlənməsi onun əsas komandaya yolunu açıb. Əmisindən fərqli hücumda yox, yarımmüdafiə xəttində çıxış edən Rəhmanın "Kəpəz"ə dəvət olunmasının daha bir səbəbi 1-ci diviziondakı məlum limitlə bağlıdı ki, bu da gəncəlilərin ən ağrılı
yeridi. Komanda istedadlı gənc oyunçuların yoxluğundan əziyyət çəkir. Son turlar üç oyunda adı "18-liyə" salınan Allahverdiyev hələ ki, əsas heyətdə debüt edə bilməyib. Amma onun məşqlərdə canla-başla çalışması tezliklə start heyətində yer almasına gətirib çıxara bilər.
Qeyd edək ki, hazırda klubda futbolçunun digər əmisi olan Füzuli Allahverdiyev də çalışır. Keçmiş müdafiəçi seleksiyaçı-məşqçidi.
Onu da bildirək ki, Gəncədə futbolçu nəsli kimi tanınan Allahverdiyevlərin yolunu davam etdirən yeganə futbolçu elə Rəhmandı.





