Cari mövsüm superliqada ancaq 3 turda çıxış edə bilən və belindəki ağrılar səbəbindən Almaniyada cərrahiyə əməliyyatı olunan “Qalatasaray”ın futbolçusu Hamit Altıntop gələn həftə Türkiyəyə qayıdacaq. Futbolinfo.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi müalicəsini başa vurub.
Lakin o, qış fasiləsindən sonra komandasına kömək edə biləcək. Buna səbəb isə Hamitin istirahətə ehtiyac duymasıdı.
Qeyd edək ki, 2012-ci ildə Madrid “Real”ından “Qalatasaray”a transfer olunan Hamit ikinci dəfədir ki bel nahiyəsindən əməliyyat olunur.





