PSJ-nin ulduz futbolçusu Zlatan İbrahimoviç karyerası ilə bağlı maraqlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, yerli mətbuata danışan 32 yaşlı hücumçu PSJ-nin indiyə kimi çıxış etdiyi ən yaxşı klub olmadığını deyib:
“Əlbəttə, biz bütün aspektlərdə öz səviyyəmizi yüksəldirik. Biz ötən mövsümə nisbətən daha güclüyük. Deyə bilərikmi ki, PSJ indiyə kimi çıxış etdiyim ən yaxşı komandadı? Mən belə hesab etmirəm. Məncə indiyə kimi çıxış etdiyim “Barselona”, “İnter” və “Yuventus” kimi klubların yeri ayrıdı”.
Qeyd edək ki, 2012-ci ildə İtaliyanın “Milan” klubundan PSJ-yə transfer olunan İbrahimoviçin 2016-cı ilə qədər Paris təmsilçisi ilə müqaviləsi var.





