"Atletiko Mineyro"nun ulduzu Ronaldinyo vaxtilə çıxış etdiyi "Barselona"nın oyunçuları Lionel Messi və Neymar haqda danışıb. Futbolinfo.az xəbər verir ki, “sambaçı” həmyerlisinin yaxın gələcəkdə dünyanın ən yaxşısı ola biləcəyini bildirib:
"Barselona"da çıxış etdiyim vaxtlarda Deko və Silvinyo ilə Messinin komandaya daha tez uyğunlaşması üçün ona kömək edirdik. Ancaq indi Messi Neymar üçün çalışır. Düşünürəm ki, Neymar yaxın gələcəkdə dünyanın ən yaxşısı olacaq. Hazırda ən yaxşı Messidi. Ronaldo isə Messi ilə eyni vaxtda top qovan ən güclü futbolçudu".





