Məlum olduğu kimi, Topaz Premyer Liqasının 14-cü turunda "İnter"lə qarşılaşma zamanı qırmızı vərəqə alaraq meydandan qovulan və 2 oyunluq cəzalandırılan Flavinyo bağışlanıb. Futbolinfo.az xəbər verir ki, AFFA-nın Apellyasiya və Ekspert Komitəsi dünən iclas keçirərək futbolçunun əfvinə qərar verib.
Bu isə 16-cı turda adı çəkilən futbolçunun "Qarabağ"a qarşı oyunda forma geyinməsi deməkdi. Turun mərkəzi oyununda Flavinyonun meydanda olması "Neftçi"ni sevindirir, qarşı tərəf isə bu məsələyə sakit yanaşır. Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza verdiyi açıqlamada bunları dilə gətirib:
"Bu, bizim gözlədiyimiz qərar idi. Fikirləşirik ki, "Neftçi" ilə oyun turun mərkəzi oyunudu. Qarşı tərəfin müraciətini nəzərə alsaq, görərik ki, bu sırf bizimlə oyuna hesablanmış bir şeydi. Çünki Falvinyo iki oyunluq cəzalanmışdı və bir oyunu qalmışdı. Bu bir oyun da bizə təsadüf edirdi. Bu, hesablanmış qərardı. Nəzəri cəhətdən bizim üçün heç nə dəyişmir, biz öz oyunumuzu oynayacağıq. Etik cəhətdən bizim buna şikayət etməyimiz doğru deyil. "Qarabağ" camiəsində futbolçu heç bir zaman rəqibə zərbə vurmur və qeyri-etik hərəkətlərə yol vermir".
Klub rəsmisinin bu işə münasibəti şübhə doğurmaya bilməz. İbrahimovun dediyi kimi, "Qarabağ" bu məsələyə etiraz etmir. Maraqlıdı, növbəti turlarda Ağdam təmsilçisinin futbolçusu cəzalanarsa və bağışlanmazsa, o zaman da klub verilən qərarlarla barışıb susacaq, yoxsa…





